Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İraqda fəaliyyət göstərən şiə militant qrupları son 24 saat ərzində ABŞ-nin İraqdakı və digər ölkələrdəki hərbi obyektlərinə 30-dan çox hücum həyata keçirdiklərini iddia ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, bu açıqlama bir sıra radikal qrupları birləşdirən İraq İslam Müqaviməti alyansının bəyanatında yer alıb.
Bəyanatda qeyd olunur: “Son 24 saat ərzində tərəfdarlarımız İraqda və regionda düşmən hədəflərinə və bazalarına qarşı döyüş dronları və raketlərdən istifadə edərək 31 hərbi əməliyyat həyata keçiriblər”.
Aminə ŞAHSUVARQIZI