İraqın baş naziri Tehranda: ABŞ göndərib?

23.07.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İraqın Baş naziri Əli əz-Zeydi İranın paytaxtı Tehrana səfər edib.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Əli əz-Zeydinin İran rəsmiləri ilə geniş spektrli məsələlər ətrafında müzakirələr aparacağı gözlənilir.

Bundan başqa, iki ölkə arasında bir neçə əməkdaşlıq sənədinin imzalanması da planlaşdırılır.

Qeyd edək ki, bəzi xəbər mənbələri İraqı İran və ABŞ arasında yeni vasitəçi kimi qiymətləndirir və bu səfəri regionda gərginliyin azaldılması istiqamətində mühüm addım hesab edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью