İraqın Baş naziri Türkiyəyə səfər edəcək

07.05.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani sabah Ankaraya səfər edəcək.

Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

O, Ankarada prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacaq.

Səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi və regional məsələlərin müzakirəsi, eyni zamanda Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilməsi, o cümlədən, müəyyən sənədlərin imzalanması gözlənilir.

İbrahim Rzayev

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью