İraqın hava məkanı nə vaxt açılacaq?

28.03.2026

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İraqın hava məkanında uçuş qadağası martın sonuna qədər uzadılıb.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkə üzərindən aviasiya hərəkətinə cavabdeh olan "Bağdad" Uçuş Məlumatı Bölgəsinin dispetçer xidmətindən məlumat verilib.

"Hava məkanı 31 mart, yerli vaxtla təxminən saat 9:00-a (Bakı vaxtı ilə saat 13:00 - red.) qədər bağlı qalacaq", - deyə mənbə bildirib.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən İraq səması fevralın 28-də günün birinci yarısında qapadılıb.

TASS-ın Yaxın Şərqin aviadispetçer dairələrindəki mənbəsinin məlumatına görə, hazırda İran, Bəhreyn və Küveyt üzərindəki hava məkanı da bağlıdır. Qətər, BƏƏ və Suriya səmasında əhəmiyyətli məhdudiyyətlər qüvvədədir və İsraildə də uçuşlar vaxtaşırı dayandırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью