İraqın Səlahəddin əyalətindəki aviabazaya dron hücumu olub

02.03.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İraqın Səlahəddin əyalətinin şimalında yerləşən ölkənin ən böyük hərbi aviabazasına dron hücumu olub.

APA xəbər verir ki, bu barədə “əl-Cəzira” telekanalı məlumat verib.

Məlumata görə, Balad aviabazasına ən azı iki silahlı dron hücum edib.

Hücum nəticəsində hələlik heç bir zərər və ya itki barədə məlumat verilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью