İraqın şimalında 6 terrorçu məhv edilib

21.01.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Silahlı Qüvvələri sərhədyanı əməliyyatlarla terror yuvalarını məhv edir.

Xalqcəbhəsi.az Türkiyənin "ensonhaber.com" saytına istinadən xəbər verir ki, mehmetçik dəqiqliklə təşkil edilən əməliyyatlarla müəyyən edilən hədəfləri məhv etməyə davam edir.
İraqın şimalında həyata keçirilən yeni əməliyyatlarla terrorla mübarizədə daha bir mühüm uğur əldə edilib.

Belə ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Qara və Pəncə-Kilid əməliyyatı bölgələrində aşkarladıqları 6 PKK terrorçusunu zərərsizləşdirib.

Əməliyyatla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi paylaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью