İraqın şimalında antiterror əməliyyatları davam edir

27.12.2024

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

İraqın şimalındakı Hakurk, Qara və Metina bölgələrində separatçı terror təşkilatı PKK-nın 14 üzvü zərərsizləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada belə deyilib: "Türk Silahlı Qüvvələrimiz millətimizdən aldığı güclə terrorçuları təmizləmə əməliyyatlarını qətiyyətlə davam etdirir. İraqın şimalındakı Hakurk, Qara və Metina bölgələrində müəyyən edilən 14 PKK-lı terrorçu zərərsizləşdirilib. Terroru olduğu yerdə yox etməyə əzmliyik və qərarlıyıq."

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью