İraqın şimalında daha səkkiz terrorçu öldürülüb

27.11.2024

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyat keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, İraqın şimalındakı "Pəncə-Kilid", həmçinin Qara və Metina bölgələrində keçirilən əməliyyat nəticəsində PKK terror təşkilatının səkkiz üzvü öldürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью