İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA

31.07.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

İraqın nəqliyyat naziri Vəhb Həsəni Ankarada keçirilən İraq-Türkiyə sazişlərinin imzalanma mərasimində "İnkişaf Yolu" layihəsi ilə bağlı anlaşma memorandumunu imzalamaqdan imtina etməsi ilə bağlı mübahisələrə aydınlıq gətirib.

Ölkə.az xəbər verir ki, nazir Haseni yazılı açıqlamasında imza mərasimindəki vəziyyətin Türkiyə tərəfi ilə danışıqlar zamanı anlaşma memorandumunun yekun mətninin hazırlanmasında texniki və protokolla bağlı məsələlərdən qaynaqlandığını bildirib.
Nazir hadisənin ictimaiyyət tərəfindən səhv başa düşüldüyünü və həqiqəti əks etdirməyən iddiaların mövzusu olduğunu vurğulayıb.

Haseni qeyd edib ki, Nəqliyyat Nazirliyi anlaşma memorandumunun imzalanması üçün bütün zəruri rəsmi prosedurları və texniki tədbirləri yerinə yetirib və layihənin İraq üçün strateji əhəmiyyəti səbəbindən müqavilənin yekunlaşdırılmasını dəstəkləyib.
Nazir əlavə edib ki, İnkişaf Yolu Layihəsi ilə bağlı çərçivə anlaşma memorandumu lazımi prosedurlar tamamlandıqdan sonra həmin gün imzalanıb.

Haseni həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum İraqın strateji mövqeyini gücləndirəcək milli maraqlarına uyğun olaraq İnkişaf Yolu Layihəsini həyata keçirmək üçün işlərini davam etdirir.
Qeyd edək ki, 28 iyul Çərşənbə axşamı günü Ankarada Türkiyə ilə İraq arasında sənədlərin imza mərasimində Hasaninin İnkişaf Yolu Layihəsinin imzalanmasına müqavimət göstərdiyi iddia edilib.

Haseninin eyni zamanda İranpərəst olduğu və İraqdakı Şiə Bədr Təşkilatının üzvü olduğu bildirlir.

Hətta bəzi iddialara görə, imzalanma zamanı İran Xarici İşlər Nazirliyindən ona müqaviləni imzalamamaq barədə göstəriş verən bir mesaj gəlib.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью