Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
İraqın keçmiş millət vəkili və sünni siyasətçi Əhməd əl-Əlvaninin cəsədi Beyrutun Tariq əl-Cədidə məhəlləsində polis tərəfindən aşkar edilib.
Axar.az xəbər verir ki, bu barədə MTV-nin məlumatında deyilir.
Məlumata görə, keçmiş millət vəkili naməlum şəxslər tərəfindən mənzilə aparılıb və boğularaq öldürülüb. Onun cəsədi bir neçə gün orada qalıb. Livan kəşfiyyat orqanları cinayətkarların axtarışına başlayıb və artıq onlardan birini saxlayıb.
Bildirilib ki, Əl-Əlvani 5 noyabrda Livana gəlib və Rauça sahilindəki oteldə qalıb. Bir müddət sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
İraq hökuməti Livan hakimiyyəti ilə əlaqə saxlayır və istintaqı izləyir.
Qeyd edək ki, Əl-Əlvani 2010-cu il seçkilərində uğur qazanan və yerlərin əksəriyyətini qazanan “Əl-İraqiyyə” blokunun parlament üzvü idi.
2013-cü ilin dekabrında o zaman baş nazir (2006-2014) Nuri əl-Malikiyə qarşı etirazlara rəhbərlik etdikdən sonra İraqda həbs edilib. Əl-Əlvani təxminən 10 il həbsdə yatıb və 2025-ci ilin aprelində azadlığa buraxılmışdı.