İraqlı velosipedçinin qələbə sevinci baha başa gəldi VİDEO

06.08.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İraqın Ərbil şəhərində keçirilən velosiped yarışı iki idmançının xəsarət alması ilə nəticələnib.

Avtosfer.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, finiş xəttinə birinci çatmaqda olan velosipedçi qələbəsini qeyd etmək məqsədilə əllərini sükandan götürüb.

Nəticədə müvazinətini itirən idmançı yerə çırpılıb. Bu azmış kimi, onun ardınca gələn velosipedçi də rəqibi ilə toqquşaraq yerə yıxılıb. Hadisə nəticəsində hər iki idmançının xəsarət aldığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью