“İrəli getmək barədə düşünməliyik”

21.11.2024

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın U-19 yığmasının baş məşqçisi Elxan Abdullayev Avropa çempionatında Moldovaya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Moldova yığmasına qarşı keçirdiyimiz son oyunda 2:0 hesabı ilə önə çıxsaq da, ikinci hissədə 2 qol buraxdıq və heç-heçə qeydə alındı. Halbuki bu matçda komandamız qələbəyə layiq idi. Buraxdığımız ikinci qol mənim üçün tamamilə gözlənilməz oldu. Qapıçımız son saniyələrdə kobud səhvə yol verdi və nəticədə qələbəni əldən verdik. Əlbəttə ki, məyus olduq. Ancaq əlimizi yanımıza salmamalı, irəli getmək barədə düşünməliyik. Futbol səhvlərdən ibarətdir, bu səhvləri düzəltməli və bir daha təkrarlamamalıyıq.

O ki qaldı komandamın turnirdəki ümumi çıxışına, göstərilən oyun heç də pis deyildi. Amma nəticələrdən razı qalmaq mümkün deyil. Klublarla birgə futbolçularımızın çatışmayan cəhətləri üzərində daha çox işləsək, gələcəkdə yığmalar üçün yaxşı kadrlar hazırlaya bilərik. Çünki bu oyunlar göstərdi ki, bizdə potensial var. Sadəcə, bunun üzərində düzgün və çox işləmək lazımdır”.

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan millisinin Moldova sınağı

19 Noyabr 2024, 9:29

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan yığmasının İrlandiya sınağı

16 Noyabr 2024, 10:52

Əsas xəbərlər, Ölkə futbolu “Qarşıdakı görüşdə sona qədər vuruşacağımıza inanırıq” – Abdullayev

14 Noyabr 2024, 9:26

Əsas xəbərlər, Ölkə futbolu Millinin baş məşqçisi: “Bura elə-belə gəlməmişik”

11 Noyabr 2024, 14:03

Əsas xəbərlər, Manşet, Müsahibə, Ölkə futbolu Elxan Abdullayev: “Təəssüf ki, 19 yaşlı uşağa futbol oynamağı

12 Sentyabr 2024, 14:26

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycanın U-19 millisi yenə uduzdu

7 Sentyabr 2024, 1:40

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью