İrəli getməyə davam edəcəyik Yuri Vernidub

06.09.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının 4-cü turu çərçivəsində “Şəfa” “Neftçi”yə 1:4 hesabı ilə məğlub olub.

Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Yuri Vernidub matç haqda fikirlərini bildirib:

"Futbolçularımız özlərini tam şəkildə matça həsr etdilər. İlk hissədə çox epizod olmasa da, Rüfət Abbasovun möhtəşəm qolu ilə hesabı açdıq. Çox şey üzərində işləməliyik. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxsaq da, komandanın reaksiyası xoşuma gəldi. Daha sürətli oynayaraq əlavə üç qol vurduq. Qapı tirinə və dirəyə vurduğumuz topların sayını unutmuşam. Sevinirəm ki, qalib gəldik və irəli getməyə davam edəcəyik".

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью