İrəli xətdə hər kəsdən qol gözləyirik Siyasət Əsgərov

04.06.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə həlledici matça çıxacaq.

QOL.az xəbər verir ki, yığmamızın baş məşqçisi Siyasət Əsgərov komandanın hazırlıq prosesi və oyunöncəsi ab-hava ilə bağlı fikirlərini bölüşüb. Mütəxəssis turnir cədvəlindəki vəziyyəti xatırladaraq yalnız qələbə üçün meydana çıxacaqlarını və rəqibin zəif cəhətlərindən istifadə edəcəklərini vurğulayıb:

"Bizim üçün Sumqayıtda oynamaq şərəfdir. Ümid edirəm ki, tribunada azarkeş də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin harda boşluqlar verdiyini bilirik. Komandada psixoloji problemimiz yoxdur. Hər oyunda olduğu kimi bu oyunda da, tək Sevincdən yox, irəli xətdəki hər kəsdən qol gözləyirik".

Qeyd edək ki, matç iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью