“İrəliləyiş var idi, ancaq yenidən səhhəti pisləşdi” Nəriman Həsənzadənin köməkçisi

26.07.2026

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.

Bu barədə Musavat.com-a onun köməkçisi Arif Mehmandost məlumat verib. O bildirib ki, hər gn şairə baş çəkir və vəziyyəti ilə maraqlanır:

“Bir müddət öncə vəziyyətində yaxşılaşmağa doğru irəliləyiş var idi. Ancaq yenidən səhhəti pisləşib. Hər gün ona baş çəkirəm. Hələlik səhhətində nəzərəçarpacaq yaxşılaşma yoxdur. Həkimlər də , ailəsi də gözləyir”.

Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə alır. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью