İrem Derici iynələrlə arıqlayırmış...

26.05.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli müğənni İrem Derici iynələr vasitəsi ilə arıqladığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

“Boğazımı tuta bilmirəm. İynə ilə arıqlayıram. Bu həm insanı yorur, həm də təzyiqini aşağı salır. İynə vasitəsilə arıqlamağı heç kimə tövsiyə etməzdim, amma 10 məşhurdan 9-u iynə ilə arıqlayır. Hətta dünya ulduzları da belə edir. İstəyirəm ki, geyindiyim hər şey mənə uyğun olsun, incəbelli olum, armudu stəkan kimi olub səhnəyə çıxım”.

Xatırladaq ki, İrem Derici 2017-ci ildə arıqlayaraq 43 kilo olmuş və günlərlə xəstəxanada müalicə almışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью