Milli.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyəli müğənni İrem Dericinin İtaliyanın paytaxtı Romadakı çıxışı diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi şəhərin mərkəzi meydanlarından birində küçə musiqiçilərinə qoşularaq məşhur mahnılarından birini canlı ifa edib. Onun gözlənilməz çıxışı qısa müddətdə ətrafda böyük izdiham yaradıb.
İfa zamanı müğənni ətrafdakıların alqışları ilə qarşılanıb. İrem Dericinin küçə musiqiçiləri ilə birlikdə mahnı oxuduğu anların görüntüləri sosial şəbəkələrdə maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)