İrem Dericidən şok etiraflar

20.12.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bir müddətdir Melih Kunukçu ilə münasibətdə olan türkiyəli müğənni İrem Derici son açıqlamaları ilə gündəmə gəlib.

"Cebheinfo.az" xəbər verir ki, tanınmış müğənni İstanbuldan ev aldığını və 2026-cı ilin sentyabr ayında Melih Kunukçu ilə ailə quracağını da açıqlayıb.

Derici aldığı yeni evlə bağlı, “Çox çalışmışam, amma pulumu həmişə sağa-sola xərcləmişəm. Bu dəfə fərqli bir addım atıb ev aldım. Uzun illər həyat yoldaşımla yaşayacağım, övladlarımı dünyaya gətirib böyüdəcəyim bir evdir. Çox xoşbəxtəm, hələ də inana bilmirəm. Nəhayət, bacardım. Mart ayı kimi ora köçəcəyik”, - deyə bildirib.

Müğənni “Münasibətdə toksik (bu termin çox vaxt zərərli və ya mənfi təsir göstərən şəxslər üçün istifadə olunur) insansınızmı?” sualına isə belə cavab verib:

“Ümumiyyətlə, bir az toksik insanam, amma Melihlə bu dəyişdi. Hətta söyüş söyməyi belə tərgitmə mərhələsindəyəm. Öz üzərimdə işləyirəm, çünki artıq ailə qurmaq və uşaq sahibi olmaq istəyirəm.

Özümü buna hazır hiss edirəm. Mənim kimi dəli-dolu insanların övladları vətənə-millətə xeyirli olur. İstəyirəm xasiyyətləri atasına oxşasın”.

İrem Derici həmçinin toy tarixini də açıqlayaraq, Melih Kunukçu ilə 2026-cı ilin sentyabr ayında evlənməyi planlaşdırdıqlarını bildirib.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью