Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyəli aktrisa İrem Helvacıoğlu qızı Sora ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aktrisa qızının 1 yaşının tamam olduğunu bildirib. O, övladının ad günündən fotolar yayımlayaraq bunları yazıb:
"Sən indiyə qədər gördüyüm ən möhtəşəm səma, ən parlaq, ən şölə saçan günəşə ev sahibliyi edən, özünəməxsus, yumşaq pambıq toplarını xatırladan buludlarla bəzənmiş gözəl bir sonsuzluqsan.
Səni çox sevirəm. Mənim bu çılğın, dəli dünyama gəldiyin üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, övladları olduqdan sonra İrem həyat yoldaşı Ural Kaspardan boşanıb.