Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2024-cü ildə dünyada rekord həcmdə - 473 giqavat bərpa olunan enerji istehsal edilsə də, bu rəqəm hədəf trayektoriyasından xeyli uzaqdır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Camera COP29 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, 2030-cu ilə qədər standart həcmi 3 dəfə artıraraq 11,2 teravata çatdırmaq üçün növbəti 6 il ərzində hər il təxminən 1 050 giqavat bərpa olunan gücü şəbəkəyə daxil edilməlidir.
Bunun üçün isə dünya miqyasında bərpa olunan enerji mənbələrinin paylanması, şəbəkələr, çeviklik, enerji səmərəliliyi və qənaətə 31,5 trilyon ABŞ dolları sərmayə qoyulmalıdır.
Qonaq qeyd edib ki, bərpa olunan enerjinin dəyəri artıq bəhanə kimi istifadə edilə bilməz: "Bərpa olunan enerjinin dəyəri aşağı düşür və yaratdığı iş yerlərinin sayı artır.
Ötənilki istehsalın 80%-dən çoxu qalıq yanacaq hesabına enerji istehsalından ucuz başa gəlib.
Konkret olaraq, 2023-cü ildə günəş elektrik enerjisinin orta qiyməti 12 %, dənizdə külək və su elektrik enerjisinin orta qiyməti 7 %, konsentrasiya edilmiş günəş enerjisinin orta qiyməti 4 %, quruda külək enerjisinin orta qiyməti isə 3 % azalıb".