Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır. Bərpa olunan enerjidə artım əsasən Çin, ABŞ və Aİ-də cəmləşib, inkişaf etməkdə olan
“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı IRENA-nın (Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi) baş direktor m
Qauri Sinqx bildirib ki, 2023-cü ildə qlobal olaraq 570 giqavatlıq bərpa olunan enerji gücü istifadəyə verilib.
Lakin Çini, Aİ-ni və ABŞ-ı çıxsaq, dünyanın qalan hissəsində cəmi 17 giqavatlıq artım qeydə alınıb.
Bu isə böyük qeyri-bərabərliyin göstəricisidir. IRENA rəsmisinin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin bu sahədə irəliləyə bilməsin
Təkcə ayrılan maliyyənin həcmi deyil, kapitalın dəyəri də əsas problemdir.
İnkişaf etmiş ölkələrlə müqayisədə inkişaf etməkdə olan ölkələr üçün kapitala çıxış xeyli baha başa gəlir”.
Sinqx əlavə edib ki, bu ölkələr üçün sadəcə enerji istehsalı deyil, ötürmə infrastrukturu – yəni enerji şəbəkələrinin inkişafı da təxirə salınmamalıdır: “Bu gün planlaşdırılan şəbəkə layihələrinin icrası adətən 5-7 il çəkir.