İrəvan amerikalı səfiri təkzib etdi: Azərbaycanla rəsmi

21.11.2024

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sputnik Armeniya ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin mövzu ilə bağlı açıqlamalarına dair XİN-ə sorğu göndərib. Nazirliyin cavabında deyilir: “Ermənistanla Azərbaycan arasında bu sahədə heç bir rəsmi əlaqə yoxdur. Bu mövzuda təmaslar iki ölkənin ictimai təşkilatları arasında qarşılıqlı fəaliyyətlə məhdudlaşıb".
Xatırladaq ki, amerikalı diplomat noyabrın 12-də X sosial şəbəkəsində diqqət çəkən paylaşım etmişdi. O, yazıb ki, "Azərbaycan və Ermənistandan olan bir qrup hidroloq və mühəndis bizim fəal dəstəyimizlə transsərhəd çaylar üçün inteqrasiya olunmuş su idarəçiliyi sxemi üzərində birgə işləyir".
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью