İrəvan ATƏTə müraciət edəcək “Minsk qrupu buraxılsın”

11.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

“Bir sıra KİV-lərin suallarına cavab olaraq bildirmək istəyirəm ki, Ermənistan Respublikası Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir”, - ölkə rəsmisi deyib.

Baqdasaryan əlavə edib ki, Ermənistan birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu sülh müqaviləsini imzalamaqla bir daha təsdiqləməyə hazırdır.

Sözçü Baş nazir Nikol Paşinyanın dekabrın 19-da “Armenpress”ə müsahibəsində Minsk qrupunun buraxılması ilə bağlı səsləndirdiyi bu fikrə də diqqət çəkib:

“Biz bu mövqeyi başa düşürük ki, əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə məşğul olan formatın mövcudluğuna nə ehtiyac var?”

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun buraxılması tələbi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью