İrəvan Azərbaycanı preventiv müdafiə zərbəsinə məcbur edir

19.05.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında Ermənistanın ciddi vəsaitlər sərf etməklə davamlı şəkildə silahlanmasından bəhs olunub.

Bildirilib ki, 2022-2023-cü illərdə Hindistan Ermənistana 1.5-2 milyard dollar dəyərində müxtəlif hərbi texnika və silah tədarük edib. Bunlara reaktiv yaylım atəş sistemləri, özüyeriyən haubitsalar, pilotsuz uçuş aparatları və hava müdafiə sistemləri daxildir.

Ermənistan, həmçinin Fransadan radarlar, zenit-raket kompleksləri və artilleriya qurğuları alıb.

Hindistan Ermənistanın "Su-30SM" təyyarələrinin modernləşdirilməsi və yeni raket sistemlərinin tədarükünü planlaşdırır.

Ermənistan Azərbaycanla gərginliyi artırmaq üçün davamlı silahlanır, lakin bu, ölkəmizin hərbi potensialı qarşısında qorxu yaratmır.

Ətraflı süjetdə:

İrəvan Azərbaycanı "preventiv müdafiə" zərbəsinə məcbur edir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью