İrəvan Bakı Ankara Aİ: 4 tərəfli ittifaq təklifi

03.12.2025

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Ermənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqı arasında nəqliyyat əlaqəsini təmin etmək üçün dördtərəfli format yaratmağı təklif edib.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə birgə mətbuat konfransında bildirib.

"Biz oktyabrda müzakirələrə başladıq. Mən nazirdən bu gün bizə qoşulma gündəliyindəki Ermənistanın prioritetlərini təqdim etməyi xahiş etdim və biz onları birlikdə müzakirə edəcəyik", - Marta Kos bildirib.

Aİ komissarı qeyd edib ki, əlaqə gündəliyi çərçivəsində bir çox addımlar atıla bilər, lakin bu, yalnız sülh şəraitində mümkündür.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью