İrəvan Bakı ilə birbaşa dəmir yoluna ümid edir

06.02.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İrəvan bir neçə il ərzində TRIPP vasitəsilə Bakı ilə birbaşa dəmir yolu xidməti quracağına ümid edir”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan belə deyib. “Hazırda ölkələr arasında bir neçə səbəbdən aktiv ticarət yoxdur. Ticarət əlaqələrinin qurulması vaxt tələb edir və daha çox özəl sektor və biznes dairələrinin məsələsidir. 

Dövlət öz rolunu yerinə yetirir, siyasi razılaşmalar, yolların açılması və dəmir yollarının aktivləşdirilməsi yolu ilə lazımi şərait yaradır. Azərbaycanla birbaşa dəmir yolu xidmətinin açılmasından əvvəl alternativ rabitə variantlarından istifadə edilə bilər. Bu, vaxt tələb edən mürəkkəb bir prosesdir”, - deyə Ermənistanın iqtisadiyyat naziri bildirib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью