“İrəvan Bakı ilə sülh sazişini imzalamağa hazırdır”

02.06.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistan Azərbaycan ilə sülh sazişini dərhal imzalamağa və gələcəkdə onu ratifikasiya etməyə hazırdır”.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

Onun sözlərinə görə, narahatlığı aradan qaldırmağın ən aydın, birbaşa və ən qısa yolu bu sazişi imzalamaq və ratifikasiya etməkdir.

Kostanyan qeyd edib ki, iki ölkə arasında sülh sazişinin imzalanması regionda dinc yanaşı yaşama erasını açacaq.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью