İrəvan Bakının daha bir şərtini yerinə yetirməyə hazırdır

10.12.2024

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan və Azərbaycan - hər iki tərəf kommunikasiyaların açılması məsələsində məqbul olacaq qərarlara gələ bilərlər.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiya xəbər agentliyinə müsahibəsində deyib. 

Sərhədlərin delimitasiyası prosesində irəliləyiş olduğunu qeyd edən Mirzoyan bildirib ki, bu, Azərbaycanla münasibətlərin normallaşması prosesində müsbət xəbərdir.

Kommunikasiyaların açılmasına gəldikdə Mirzoyan deyib: “Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə biz dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik”.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью