İrəvan Bakının istədiyi maddəni belə “həll edir”

11.08.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim Mülki Müqavilə fraksiyasının deputatı Arusyak Culakyan deyib.

“Biz boş vərəqlərə yeni Konstitusiya yazırıq. Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmayacaq”, – deputat vurğulayıb.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın olmaması sülh sazişinin imzalanması üçün Azərbaycanın son tələbidir. Sözügedən bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью