İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır Paşinyan

23.11.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan Azərbaycana Avropa İttifaqı missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib.

Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Kanalına müsahibəsində deyib.

O, danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər olduğunu diqqətə çatdırıb.

“Əgər biz həqiqi sülhə nail olsaq, Ermənistan qarşılıqlı prinsip əsasında Azərbaycana qarşı beynəlxalq iddialardan imtina etməyə hazırdır”, – Paşinyan qeyd edib.

Paşinyan Azərbaycanla sazişin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəyini bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью