İrəvan Bakıya qarşı iddialarından əl çəkməyə hazırdır Baş nazir | Icma.az
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sülh müqaviləsi imzalanacağı təqdirdə, İrəvan Bakıya qarşı iddialarından əl çəkməyə hazırdır.
Əgər görsək ki, biz həqiqətən sülhə nail oluruq və onu bərqərar edirik, yəni müqavilə imzalayırıq, o zaman hesab edirəm ki, biz belə bir sövdələşmə edə bilərik.Bunu Ermənistanın baş naziri Nikol Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.“Bu o deməkdir ki, keçmiş hadisələrə görə heç kim bir-birini məhkəməyə verməməlidir və biz qarşılıqlı olaraq iddialardan imtina etməliyik..Ancaq məntiq belə olacaq ki, birdən-birə məhkəməyə müraciət etmək üçün əsas yaranarsa, bu, nə onları, nə də bizi gələcəklə bağlı məsələlərdə məhdudlaşdırmayacaq ki, biz bunu edə bilək”, - Paşinyan əlavə edib.Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında strateji sövdələşmə ondan ibarətdir ki, İrəvan və Bakı təkcə de-yure deyil, həm də sosial-psixoloji və digər səviyyələrdə de-fakto tanıyır ki, sovet Azərbaycanı öz ərazisi olan müstəqil Azərbaycandır, Sovet Ermənistanı isə müstəqil Ermənistandır.“Ermənistan və Azərbaycan bu reallığı düzəltməli, bir-birini tək qoymamalı, bir-birinin altını qazmamalı, kommunikasiyaların açılması ilə iqtisadi əlaqələrin qurulması prosesinə çox diqqətlə başlamalıdır.
Əminəm ki, o zaman bu, daha da çox yüksək temp, normal rejimdə inkişaf edəcək ”, - Paşinyan bildirib.Sülh müqaviləsinin ilin sonuna qədər imzalana biləcəyi ilə bağlı suala Paşinyan belə cavab verib:“Bir şeyi deyə bilərəm: sülh müqaviləsinin bağlanması üçün üzərimə düşən işi 100% və ya daha çox yerinə yetirəcəyəm”.
(Modern.az) Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu