İrəvan bu addımı atsa, çökəcək Kamendatyan

02.02.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Avrasiya İqtisadi İttifaqından çıxmaq buğda, günəbaxan yağı, qaz və bir çox digər malların qiymətlərinə yenidən baxılmasına gətirib çıxara bilər, həmçinin Ermənistandan Rusiyaya ixracı xeyli çətinləşdirə bilər.

Axar.az xəbər verir ki, bunu erməni iqtisadçı ekspert Qrayr Kamendatyan deyib.

O qeyd edib ki, Aİİ-dən çıxmaqla ölkənin ərzaq təhlükəsizliyi üçün əhəmiyyətli risklər yaranacaq:

“Bundan əlavə, ittifaqı tərk etmək qaz qiymətlərinə yenidən baxılmasına gətirib çıxara bilər ki, bu da qiymət artımının zəncirvari reaksiyasına səbəb olacaq”.

Qeyd edək ki, Ermənistan hökuməti AB-yə üzvlük prosesinin başlanması üçün parlamentə qanun layihəsi təqdim edib. Nikol Paşinyan 31 yanvarda keçirdiyi mətbuat konfransında "Aİİ-də özlərini pis hiss etmədiklərini", ancaq "Ermənistanda AB-nin Aİİ-dən daha sərfəli yol olduğuna inanan çoxlu vətəndaş" olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью