İrəvan “erməni soyqırımı” ilə bağlı qərar verəcək Demoyan

26.11.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Ermənistan hökuməti mərhələli şəkildə “erməni soyqırımı” muzey-institutunu bağlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu qondarma “Erməni soyqırımı” muzey-institutunun direktoru Ayk Demoyan öz mənbələrinə istinadən deyib.

“İlkin mərhələdə institutun neytrallaşdırılması nəzərdə tutulub. O, qeyri-müəyyən müddətə təmir işləri üçün qapadılacaq. Həmçinin dövlət protokolu dəyişdiriləcək. Hazırkı protokola əsasən İrəvana gələn bütün qonaqlar Çiçernakaberd kompleksini ziyarət edirdilər. Bu ziyarətlər protokoldakı mütləq tədbirlər siyahısında çıxarılacaq. Buna da səbəb təmir işləri göstəriləcək”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью