İrəvan Fransadan hansı silahları alıb?

07.05.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 28-də İrəvanın Respublika meydanında Fransa silahlarının nümayiş etdiriləcəyinə söz verib.

Turkustan.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Nikol Paşinyan brifinqdə çıxışı zamanı məlumat verib.

Paşinyan bunu Fransa prezidentinə son səfəri zamanı göstərilən təmtərağın nə ilə bağlı olduğuna dair suala cavabında bildirib.

Silah nümayişi Üçüncü Respublika Gününə planlaşdırılıb.

Xatırladaq ki, Ermənistan son illərdə silah tədarükünə dair Fransa ilə bir neçə müqavilə imzalayıb. Əldə edilən silahlar arasında "Caesar" özüyeriyən haubitsalar, daşına bilən zenit-raket kompleksləri, radarlar, "Bastion" zirehli maşınları və s. var./Bakıvaxtı.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью