İrəvan hökuməti hələ də eyni yanlış addımları atır ŞƏRH | Icma.az
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mühüm hədəf odur ki, erməni təxribatına cavab verdikdə Azərbaycanı ittiham etsinlər, dini abidələri hədəf almaqda suçlasınlarErmənistan Silahlı Qüvvələri dini abidələri hərbi məqsədlər üçün istifadə edir.
Yayılan video-görüntülərdən görünüb ki, Ermənistan tərəfi hərbi birləşmələrini şərti sərhəd istiqamətindəki dini abidələrin yanında yerləşdirir.
Ehtimal edilir ki, Ermənistan tərəfi bu yolla həm kamuflyaj olunmaq, həm də təxribatlar zamanı ehtimal cavab zərbəsi olarsa, qarşı tərəfi, yəni Azərbaycanı "dini abidələri hədəf almaqda" ittiham etmək məqsədi güdür.Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Ermənistan ötən dövrlərdə baş vermiş hadisələrdən hələ də düzgün nəticə çıxartmayıb.
Deputat vurğulayıb ki, İrəvan hökuməti hələ də eyni yanlış addımları atır, eyni səhv siyasəti yerinə yetirir: "30 il Ermənistan üçün ağır bir dövr idi.
O mənada ki, Ermənistan dövləti bütün imkanlarını, maddi vəsaitlərini hərbi sahəyə, daha doğrusu işğalçılıq siyasətinə yatırdı.
Nəticə isə Azərbaycanın müəyyənləşdirdiyi formada oldu. Azərbaycan bütün məqsədlərinə nail oldu.
Din məsələsinə gəldikdə isə, ermənilər tarix boyu dindən alət kimi öz məqsədləri üçün istifadə ediblər.
Tam oxu
Xəbəri oxu