Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ermənistan Rusiya ilə strateji müttəfiqlik münasibətlərini gücləndirməli və İranla hərbi-siyasi ittifaq bağlamalıdır”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan deyib.
“Bu gün Zəngəzur adlanan dəhlizə dair Türkiyə-Azərbaycan ittifaqı ilə bağlı ən açıq və aydın mövqeni İran ortaya qoyur. Tehrana Zəngəzur dəhlizinin açılmasının qarşısının alınmasına görə yanaşmalarını həyata keçirmək üçün siyasi və hüquqi əsaslar verilməlidir”, - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az