İrəvan KTMT ilə bağlı mövqeyini dəyişib?

15.11.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Qeyd edək ki, bir müddət əvvəl İrəvanın Rusiyadakı səfiri Qurgen Arsenyan KTMT-yə üzv digər ölkələrdən olan həmkarları ilə birlikdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirib. İrəvanın son bir neçə ildə KTMT ilə bağlı bütün tədbirləri bu və ya digər şəkildə boykot etməsi fonunda Arsenyanın orada iştirakı diqqət çəkib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью