İrəvan MDB dən çıxır?

18.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın MDB-dən çıxmaq istəyi ilə bağlı heç bir siqnal yoxdur, bu variant istisna olunur.

Axar.az xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev Paşinyanın Ermənistanın KTMT-dən çıxması və AB-yə daxil olmaq planları ilə bağlı bəyanatları fonunda İrəvanın təşkilatdan çıxmasının mümkünlüyünü şərh edərkən deyib.

“Bu variantı tamamilə istisna edirəm, bizdə Ermənistanın MDB-dən çıxacağına dair heç bir əlamət yoxdur, eyni zamanda, Azərbaycanın da”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью