İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi

18.09.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Korrupsiyaya qarşı mübarizə məhkəməsi "Güclü Ermənistan" blokunun lideri, iş adamı Samvel Karapetyanın ev dustaqlığının müddətini daha iki ay uzadıb.

Milli.Az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, məhkəmənin qərarını hakim Vahe Dolmazyan elan edib.

Hakim bildirib ki, işin gedişi, o cümlədən şahid ifadələrinin məzmunu nəzərə alınmaqla, ev dustaqlığının tətbiq edilməsinə əsas verən halların hələ aradan qalxmadığı qənaətinə gəlinib.

Bu səbəbdən Samvel Karapetyanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin daha iki ay uzadılması barədə qərar qəbul olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью