İrəvan meri Ağrı dağı ilə bağlı yeni tapşırıq verib

29.09.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İrəvan meriyasına şəhərlə bağlı yayımlanan videolarda Ağrı dağının görünməməsi barədə tapşırıq verildiyi iddia olunur.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın News.am nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, Ağrı dağının göründüyü kadrlar aşkarlandıqda aidiyyəti qurumlardan videonu silmək və həmin görüntülər olmadan yenidən paylaşmaq tələb edilir.

Nəşr bunu Baş nazir Nikol Paşinyanın Ermənistan üçün Ararat deyil, Araqats dağını önə çəkən açıqlamaları ilə əlaqələndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью