İrəvan meriyası tətil edən sürücüləri həbslə

03.12.2024

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

“Sputnik Ermənistan”ın yaydığı məlumata görə, “İrəvan avtobusu” QSC-nin sürücüləri bu gün səhər saatlarından işə çıxmaqdan imtina ediblər.
Nəşr yazıb ki, İrəvan meriyası nəqliyyatın çökməsinə səbəb olan sürücüləri onlara qarşı cinayət işlərinin açılması ilə hədələyib.
Meriyanın mətbuat katibi Hayk Kostanyan sosial şəbəkələrdə paylaşım edərək yazıb ki, “İrəvan avtobusu” QSC-nin bir çox işçisi əvvəlcədən xəbərdarlıq etmədən tətilə çıxıb. Bu isə vətəndaşları çətin vəziyyətdə qoyur: "Nəzərinizə çatdırırıq ki, sürücülərin hərəkətlərinə əmək qanunvericiliyi çərçivəsində qiymət veriləcək, onlara cinayət-hüquqi qiymət verilməsi üçün səlahiyyətli orqanlarla da əlaqə saxlayacağıq".
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью