İrəvan meriyası tətil edən sürücüləri WhatsApp vasitəsilə işdən qovdu VİDEO

03.12.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanda tətil edən sürücülər WhatsApp tətbiqi vasitəsilə işdən çıxarılmaları barədə bildiriş alıblar.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə işdən çıxarılan sürücülərin özləri aldıqları bildirişi göstərərək bildiriblər.
İşdən çıxarılan sürücülərin sayı iyirmi nəfəri keçib.
Xatırladaq ki, “Yerevan Bus” QSC-nin sürücüləri iş şəraitinin yaxşılaşdırılması tələbi ilə dekabrın 3-ü səhər saatlarında elan olunmamış tətilə başlayıblar.
İrəvan meriyası sürücülərin tələblərini şantaj adlandırıb və onları cinayət məsuliyyəti ilə hədələyib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью