İrəvan meriyasında axtarışlar aparılır: Saxlanılanlar var

27.05.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Antikorrupsiya Komitəsi İrəvan meriyasında növbəti dəfə istintaq hərəkətləri aparır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat tədbirləri çərçivəsində bələdiyyənin iki keçmiş işçisi də daxil olmaqla bir neçə nəfər saxlanılıb.

İstintaq hərəkətlərinin korrupsiya işi üzrə təhqiqat çərçivəsində aparıldığı bildirilir. Təfərrüat açıqlanmır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью