İrəvan meriyasında axtarışlar başladı: saxlanılanlar var

20.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İrəvan meriyasının iki əməkdaşı saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsindən məlumat verilib.

Məlumata görə, saxlanılanlar rüşvət almaqda ittiham olunurlar.

“Hələlik ibtidai istintaqın maraqları baxımından təfərrüatı açıqlamırıq”, - komitədən bildirilib.

Ermənistan mətbuatının yazdığına görə, bu gün Antikorrupsiya Komitəsi İrəvan meriyasının İctimai asayişin mühafizəsi xidmətində axtarışlar aparıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью