İrəvan meriyasının binasında YANĞIN: Çoxlu sayda əməkdaş təxliyə edildi

13.08.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

İrəvan meriyasının 2-ci korpusunun binasında yanğın baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə yerinə İrəvan Yanğın-Xilasetmə İdarəsinin dörd yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğın zirzəmidə başlayıb və bu, bir neçə yüz metr məsafədən görünən güclü tüstülənməyə səbəb olub. Çoxlu sayda əməkdaş binadan təxliyə edilib.

Təcili tibbi yardım əməkdaşları tüstüdən zəhərlənən bir neçə vətəndaşa tibbi yardım göstəriblər. Bildirilir ki, vətəndaşların həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью