İrəvan meriyasının müxalifətçi şura üzvü saxlanılıb

31.01.2025

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İrəvan meriyası şurasının növbədənkənar iclası gərgin keçib. Xüsusi təyinatlı polis qüvvələri şuranın “Ana Ermənistan” fraksiyasının üzvü Samvel Akopyanı saxlayıb.
Reyting.az
xəbər verir ki, bundan əvvəl İrəvan meri Tiqran Avinyanla müxalifətçi şura üzvləri arasında mübahisə yaranıb.
Tiqran Avinyan polisə Samvel Akopyanı zaldan çıxarmağı əmr edib.
“Bu otaqda xuliqanlığa yol verilməyəcək. Mən cənab Akopyanı iclas zalını tərk etməyə dəvət edirəm, o, artıq bu gün görüşdə iştirak edə bilməz”, - Avinyan bildirib.
V. QULİYEV

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью