İrəvan Minsk Qrupunun buraxılmasına razıdır Paşinyan

31.01.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan tərəfi beynəlxalq danışıqlar formatının - ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməyə hazırdır, ancaq o halda ki, Azərbaycan da bununla bağlı heç bir iddiasının olmadığını bəyan etsin.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

"Biz ATƏT-in Minsk Qrupunun buraxılması ilə razıyıqmı? Biz belə bir əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, onda münaqişəyə xidmət edən formatın mövcudluğuna nə ehtiyac var. Amma əmin olmaq istəyirik ki, ATƏT-in Minsk qrupunun buraxılması Azərbaycan üçün də eyni məna daşıyır", - deyə Ermənistanın baş naziri qeyd edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью