İrəvan öz səfirini Belarusa geri qaytarmağı planlaşdırmır

28.12.2024

Azpost saytına istinadən Icma.az xəbər verir.

İrəvan öz səfiri Razmik Xumaryanı Minskə qaytarmağı planlaşdırmır.

Azpost.info xəbər verir ki, bu barədə “Sputnik Armeniya”ya mənbələr bildiriblər.

Xumaryan hələ 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana çağırılıb. Bundan sonra o, Belarusa qayıtmayıb.

İrəvanla Minsk arasında münasibətlər son vaxtlar xeyli soyuyub. İki gün gün əvvəl Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistan Baş naziri Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında növbəti mübahisə olub.

Azpost.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью