İrəvan paraflanmış sülh sazişini POZUR

25.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Azərbaycanın işğal altında olan dörd anklav kəndinin qaytarılması ilə bağlı danışıb. 

“Əlbəttə ki, yanaşmalar, mövqelər var. İndi daha çox açıqlamayacağam, amma düşünürəm ki, təsdiqlədiyimiz qaydalar bu məsələlərin necə, hansı prosedurla və hansı prinsiplər çərçivəsində həll ediləcəyinə kifayət qədər cavab verir. 

“Cebheinfo.az”-ın məlumatına görə, Mher Qriqoryan anklav məsələsinin necə həll olunacağı ilə bağlı Ermənistan mətbuatına açıqlamasında belə deyib. O, Ermənistanın müzakirəyə çıxarıb deyəcəyi bir yanaşmanın olub-olmadığı ilə bağlı sualları cavablandırarkən bildirib:

“Qeyd etmək istədiyim ən vacib şey bunun hansı hüquqi bazaya əsaslanmasıdır. Bu baxımdan, hesab edirəm ki, qaydalarda Almatı Bəyannaməsinə istinad əhəmiyyətlidir. Bu istinad qeyd etdiyiniz məsələlər də daxil olmaqla, işlərin davam etdiriləcəyi hüquqi bazanı və xəritələri müəyyən etməyə imkan verir”. 

Mher Qriqoryan bu təklifin özü tərəfindən irəli sürüldüyünü desə də, ümumilikdə bu məsələdə yenilik axtarmağa ehtiyac yoxdur. Çünki Azərbaycan və Ermənistan işğal altındakı kəndlərin sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində həllinə dair razılıq əldə ediblər. Tərəflər sərhədlərin müəyyənləşməsində 1991-ci il Almatı Bəyannaməsinə istinad etməyi, yəni Sovet dövrü xəritələrindən istifadə olunması barədə sənəd imzalayıblar. Lakin işğal altındakı Kərki, Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinin Azərbaycana qaytarılması üçün hüquqi baza yaratmaq təşəbbüsü problemin həllini daha da mücərrədləşdirməyə xidmət edir.

Qazax və Sədərək rayonlarının dörd yaşayış məntəqəsi Azərbaycanın suveren əraziləridir və qeyd-şərtsiz geri qaytarılmalıdır. Həmin kəndlərin işğal altında qalması Azərbaycanla Ermənistan arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin pozulması deməkdir. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu yaxınlarda bir neçə dəfə dörd anklav kəndin Ermənistan ərazisi olmadığını bəyan edib. Paşinyan bildirib ki, işğal altındakı dörd kəndlə birlikdə Ermənistanın ərazisi 29743 kvadrat kilometr deyilı, daha çox edir. Bu isə Azərbaycana müharibə elan edilməsi deməkdir. Ona görə də Qriqoryanın yeni hər hansı təklif irəli sürməsi bu prosesin ləngiməsinə səbəb ola bilər. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: İrəvan anklav

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью