Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Qərbi azərbaycanlıların öz ata yurdlarına dönməsinə prinsipcə razıdır, lakin bunun üçün ilk növbədə onların təhlükəsizlik məsələlər həll olunmalıdır.
Ölkə.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Lakin parlamentin spikeri təhlükəsizlik baxımından sülh müqaviləsi imzalanana qədər azərbaycanlıların Ermənistana köçürülməsinin mümkünlüyünü görmür.
"Hər şey qarşılıqlı olmalıdır. Sülh müqaviləsinin imzalanmasından 5 dəqiqə sonra Ermənistan və Azərbaycan xalqları bir-biri ilə hər cür şəkildə ticarətə və ünsiyyətə başlayacaqlar. Hər iki ölkənin cəmiyyətləri sülhə hazır olmalıdırlar", - Simonyan vurğulayıb.
Mürtəza
Ölkə.az